Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

25 Fevral 2024 09:35

Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Milli.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun