Haitidə naməlum şəxslər kilsəni ziyarət edənləri oğurlayıb

25 Fevral 2024 06:48

Haitinin Port-o-Prens şəhərində Katolik kilsəsində olan azı 7 nəfər oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli "Haiti Libre" xəbər portalı məlumat yayıb.

Cinayətkarlar içərisində ruhanilərində olduğu şəxslər üçün fidyə tələb edirlər.

Polis ərazidə fəaliyyət göstərən silahlı qrupun oğurluqda əli ola biləcəyindən şübhələnir.

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizanın öldürülməsindən və həmin ilin avqustunda baş verən və 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun