Partlayışda xəsarət alan şəxs xəstəxanaya yerləşdirildi

25 Fevral 2024 00:12

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Qeyd edək ki, partlayışın yaşayış binasının 14-cü mərtəbəsində olduğu barədə məlumat yayılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun