Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

24 Fevral 2024 21:21

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.

Milli.Az report-a istinadən xəbər verir ki, idmançı yarışda qızıl medala layiq görülüb.

Simonov halqalarla hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun