Aleksey Navalnının cəsədi anasına verildi

24 Fevral 2024 20:37

Aleksey Navalnının cəsədi anası Lyudmilaya verilib.

Publika.az xəbər verir ki, bunu Navalnının mətbuat katibi Kira Yarmış deyib.

"Navalnının cəsədi anasına verildi. Lyudmila İvanovna Salekhardda olarkən", - Kira Yarmış "X"də yazıb.

O, yaxın vaxtlarda dəfn mərasiminin olacağını qeyd edib.

Qeyd edək ki, Navalnı fevralın 17-də həbsxanada ölüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölümünün səbəbləri ilə bağlı araşdırma hələ də davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun