Ana yeni doğulmuş körpəsini tərk edilmiş binaya atdı, səsə qonşular gəldi - FOTO

24 Fevral 2024 19:29

Türkiyənin Diyarbakır rayonunda tərk edilmiş binadan gələn uşaq səsini eşidən qonşular hərəkətə keçib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onlar bir müddət axtarış apardıqdan sonra tapdıqları yeni doğulmuş körpəni polisə təhvil veriblər.

Körpə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Övladını tərk edən 26 yaşlı ana tapılıb və nəzarətə götürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun