Neçati Şaşmazın fabriki yandı

24 Fevral 2024 17:21

Türkiyənin məşhur aktyoru Neçati Şaşmaza məxsus "Novavud" adlı taxta fabrikində yanğın baş verib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, fabrikin kənarında yerləşdirilmiş yonqarlar yanmağa başlayıb.

Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, N.Şaşmaz "Qurdlar Vadisi" serialında "Polad Ələmdar" obrazı ilə məşhurlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun