Azərbaycanlı idmançıya Gürcüstanda vəzifə verildi

24 Fevral 2024 15:05

Azərbaycanlı idmançı "Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyası"nın Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, qurumun prezidenti Qoça Cavaxia bu vəzifəyə "Qaracalar" idman klubunun rəhbəri İsfahan Əliyevi gətirib.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı kimi, həm də məşqçi kimi fəaliyyət göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun