Toyuna gedərkən ağır qəzada ölən Elnurun nişanlısı ilə son görüntüləri

24 Fevral 2024 12:35

Yevlaxda ağır yol qəzasında ölən Elnur Abdullayevin nişanlısı ilə son görüntüləri yayılıb.

Milli.Az baku.tv-yə istinadən xəbər verir ki, videoda 28 yaşlı gəncin sevdiyi xanımla xoş anları yer alıb.

Bu gün Elnur Abdullayevin nişanlısı ilə qız toyu olacaqdı. Lakin o ötən gün Yevlaxda baş verən ağır yol qəzasında həyatını itirib. Elnur toyu ilə əlaqədar Şəkiyə gedirmiş.

O rayonun Böyük Dəhnə kənd sakini idi.

Xatırladaq ki, ötən gün 28 yaşlı Elnur Abdullayevin minik avtomobili yük maşını ilə toqquşub.
Nəticədə o aldığı xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun