"Bayer" çətin rəqibdir".
Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü şərh edib. O bildirib ki, "Bayer" yarışın favorit komandasıdır: "Kuboku qazanmaq üçün ən birinci namizəd elə "Bayer"dir. Qarabağa tanış rəqibdir. "Bayer"lə ilk qarşılaşma Ağdam təmsilçisi üçün çətin keçsə də, Bakıdakı oyun göstərdi ki, Azərbaycan çempionu bu rəqiblə başabaş oynaya bilər. "Qarabağ"ın itirəsi bir şeyi yoxdur. Bu mövsüm Avropa Liqasında yaxşı nəticə əldə edərək, tarix yazıb. Bu komandanın yaxşı oyun göstərib, mübarizə aparacağına inanıram. Bu baxımdan ümid edirəm ki, "Qarabağ" bu görüşdə bizi sevindirər. "Bayer"də ilk görüşdəki kimi yox," Qarabağ"a daha hörmətlə yanaşır".
Qeyd edək ki, Avropa Liqasında "Qarabağ" "Bayer"lə qrupda da yer alıb və hər iki görüşdə Almaniya klubu qələbə qazanıb - 5:1, 1:0.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun