Çinin Qazaxıstan və Qırğızıstanla sərhədlərində güclü zəlzələ olub

24 Fevral 2024 08:54

Çinin Qazaxıstan və Qırğızıstan sərhədləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri Çinin Aksu yaşayış məntəqəsindən 137 km cənub-qərbdə və Almatıdan 272 km cənub-şərqdə, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun