Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

24 Fevral 2024 08:40

Bakının Sabunçu rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Cəfərov Cəmaləddin Seyfəddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun