ABŞ-ın sanksiya tətbiq etdiyi rus səfir danışdı

23 Fevral 2024 21:26

Qərbin bütün bu məhdudlaşdırıcı tədbirləri çoxdan öz mənasını itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

"Bütün bu sanksiyalar çoxdan öz mənasını itirib. Onlar yalnız Qərbin gücsüzlüyünü açıq şəkildə nümayiş etdirir", - Qrızlov söyləyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bu gün Qrızlov da daxil olmaqla, yeni antirusiya sanksiyalar paketini dərc edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun