Mühafizəçi iş yerində ölü tapıldı

23 Fevral 2024 20:42

Ucar sakini iş yerində ölü tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.

Şakir Xasıyevin 2 ilə yaxındır həmin sexdə çalışdığı bildirilir. O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.