Vəli Səfərov yüksək vəzifəyə təyin olundu

23 Fevral 2024 19:41

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun