Azərbaycan Hindistanın Ermənistana verdiyi silahları çox qısa vaxt ərzində məhv edə bilər

23 Fevral 2024 18:36

Hindistanın Ermənistana verdiyi silahın texniki xarakteristikasını Azərbaycan tərəfi çox yaxşı bilir.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbə məlumat verib.

Hərbi mənbə bildirib ki, Dehlinin Ermənistana verdiyi hərbi texnika heç Hindistanın özündə belə sınaqdan keçməyib.

"Görünür, Hindistan Ermənistanı hərbi poliqon kimi görür və öz hərbi texnikasını orada sınaqdan keçirmək istəyir. Bu silahların qüvvələr nisbətinə təsiri sıfırdır. Azərbaycan çox qısa vaxt ərzində bu silahları və ümumilikdə Hindistanın hərbi sənayesinin reputasiyasını məhv edə bilər", - hərbi mənbə bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun