Türkiyədə DƏHŞƏTLİ PARTLAYIŞ: ölən və yaralanan var

23 Fevral 2024 17:01

Türkiyənin Diyarbakır şəhərində "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinə məxsus neft quyusunda partlayış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV xəbər verib.

Məlumata görə, partlayış nəticəsində İnsan Tunar adlı işçi həlak olub, daha bir işçi yaralanıb.

Qazma işləri zamanı qazın tıxanması nəticəsində yaranan partlayışdan sonra yanğın baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun