Ağdamda partlamamış döyüş sursatları aşkarlandı

23 Fevral 2024 16:14

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun