Kremldən Paşinyanın KTMT ilə bağlı açıqlamasına Reaksiya

23 Fevral 2024 14:09

Ermənistan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir:

"Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun