Bu şəxslər də məsuliyyətdən yayına bilməyəcək - YENİ QANUN

23 Fevral 2024 13:02

Azərbaycanda məişət zorakılığı ilə mübarizə gücləndirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunula bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, qanunun preambulasından, həmçinin 1.0.1-ci, 1.0.2-ci və 4.0.4-cü maddələrindən "yaxın" sözünün çıxarılması nəzərdə tutulur ki, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır.

O cümlədən, bu Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə 4.0.1-ci maddəyə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun