“Liverpul” Xabi Alonso ilə danışıqlara başladı

24 Fevral 2024 05:05

"Liverpul" "Bayer"in baş məşqçisi Xabi Alonsonu komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, jurnalist Florian Plettenberqin sosial şəbəkələrdə verdiyi məlumata görə, ingilis klubunun rəhbərliyi artıq mümkün əməkdaşlıqla bağlı ispan mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Xabi Alonso 2022-ci ildən "Bayer Leverkuzen"ə rəhbərlik edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun