Bryanskda Ukrayna PUA-sı məhv edildi

23 Fevral 2024 06:31

Rusiyanın havadan müdafiə sistemləri Braynsk vilayətinin Suraj rayonu üzərində pilotsuz uçuş aparatını məhv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz deyib.

O bildirib ki, təyyarə tipli PUA-nın hücum cəhdinin qarşısı alınıb, dağıntı və tələfat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun