34 yaşlı müəllimə faciəvi şəkildə vəfat etdi - FOTO

23 Fevral 2024 00:15

İsmayıllıda baş verən qəzada ölən qadın müəllim olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nigar Bayramova Zaqataladandır.

O, orta məktəb müəllimi olub.

***

Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində "MAZ" markalı yük avtomobili ilə "Azsamand" markalı minik avtomobili toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun