Əməkdar artist Ramil Qasimov görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyi ilə bağli videoçarx təqdim etdi

22 Fevral 2024 20:25

Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov görkəmli  bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi münasibəti ilə "Gözlə məni" romansını yeni aranjimanda təqdim edib.

Qeyd edək ki, sözləri Şirzad Əliyevə məxsus romansın yeni aranjimanı Emin Həsənova aiddir. Videoçarxın səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir.