Bakıya uçan təyyarə istiqamətini dəyişməli olub

22 Fevral 2024 20:39

Moskva-Bakı reysi ilə uçan təyyarə sərnişinlərdən birinin səhhəti pisləşdiyi üçün ehtiyat aerodromda məcburi eniş etməli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təyyarə kapitanı Nijni Novqoroddakı alternativ aerodromda enib. Təyyarəyə həkim qrupu çağırılıb. Enişdən dərhal sonra kişi həkimlərə təhvil verilib və reanimasiyaya göndərilib.

Planlaşdırılan uçuşun yanacaq doldurulduqdan sonra davam edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun