Borrell Ermənistana səfər etmək istəyir

22 Fevral 2024 20:17

AB-nin baş diplomatı (Borrell - red.) yeni əməkdaşlıq gündəliyi ilə bağlı ilk təklifi vermək üçün Ermənistana səfər etmək arzusunda olduğunu açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu AB-Ermənistan vətəndaş platformasının yekun hesabatına həsr olunmuş tədbirdə birliyin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos deyib.

​O, Ermənistan-AB hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişini çox mühüm sənəd adlandırıb ə qeyd edib ki, onun müddəaları tədricən həyata keçirilir:

"Birlikdə daha ciddi nəticələr əldə edə bilərik ki, Ermənistan vətəndaşlarının, o cümlədən iş adamlarının dəyərlərə, ərazi bütövlüyünə əsaslanan daha yaxşı həyat, həmçinin regional inkişaf istəkləri reallaşsın. Bununla bağlı işlər aparılır. Təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyik. Ümid edirəm ki, keyfiyyətli islahatlara keçə biləcəyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun