Delimitasiya üçün bu xəritələrə diqqət ediləcək

22 Fevral 2024 22:13

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin növbəti görüşündə sərhədlərin delimitasiyası üçün topoqrafik xəritələrin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

"Söhbət yalnız peşəkar topoqrafik xəritələrdən getməlidir. Çox vaxt insanlar sxematik və metodoloji xəritələri topoqrafik xəritələrlə qarışdırırlar. Delimitasiya prosesi, eyni zamanda, təkcə xəritələrlə işləməyi nəzərdə tutmur: ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və dəstəyi müəyyən etmək lazımdır. Azərbaycanla danışıqlar prosesində bütün bu nüanslar çox vacibdir", - Qriqoryan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun