ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

22 Fevral 2024 19:13

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.

ABŞ-nin Azərbaycandakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, o, noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

Azərbaycana səfər zamanı Syu Biniaz, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun