Politico: Ermənistan Moskva ilə tarixi münasibətlərindən uzaqlaşır

22 Fevral 2024 17:31

Ermənistan Moskva ilə tarixi münasibətlərindən uzaqlaşır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Politico"nun Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornunun Ermənistana səfəri ilə bağlı xəbərində bildirilib.

Qeyd olunub ki, Paris Moldova və Mərkəzi Asiya ölkələri də daxil olmaqla Rusiyanın keçmiş müttəfiqləri üzərində öz nüfuzunu artırmağa çalışır.

Məlumatda qeyd olunub ki, bu gün Sebastien Lekornu ilə Ermənistana uçacaq nümayəndə heyətinin tərkibində MBDA, "Nexter", "Safran", "Thales" və "Arquus" da daxil olmaqla müdafiə sənayesi şirkətləri var.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun