⁠Filip Ozobiçdən “Qarabağ” – “Braqa” oyununa PROQNOZ

22 Fevral 2024 17:22

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cütünün favoritini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün təşkil olunan mətbuat konfransında iştirak edən 33 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı ilə bağlı fikirlərini bildirib.

"Neftçi"yə keçənə qədər 5 il "Qarabağ"ın formasını geyinən xorvat futbolçu mərhələni keçəcək komanda ilə bağlı proqnoz verib: "Braqa" çox ciddi komandadır. "Qarabağ" ilk matçda yaxşı nəticə göstərdi. Çətin oyun olacaq. Ancaq "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inanıram".

Qeyd edək ki, "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun