“Braqa” ilə oyun öncəsi Tahir Gözəl Qurban Qurbanovla görüşdü

22 Fevral 2024 16:21

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan çempionunun mətbuat xidməti açıqlayıb.

Görüş Ağdam klubunun bazasında baş tutub. Gözəl və Qurbanov bu gün baş tutacaq "Qarabağ" - "Braqa" oyunu barədə fikir mübadiləsi aparıblar. Klub prezidenti Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Braqa" matçı saat 21:45-də başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun