Fransa ordusu ermənilərə döyüş kursları keçəcək

22 Fevral 2024 15:55

Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fransanın "Le Figaro" nəşri yazıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında iki ölkə hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Memoranduma 3 ədəd Fransa istehsalı "Ground Master" radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.

Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun