İşləmək üçün Bakıya gələn afrikalı qadın ölkəsinə geri döndü - FOTO

22 Fevral 2024 16:04

İşləmək üçün Bakıya gələn afrikalı qadın öz ölkəsinə qayıdıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin "Facebook" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, iş vədi verilərək ölkəmizə gətirilən Nigeriya vətəndaşı olan qadın dünən Dövlət Miqrasiya Xidməti tərəfindən öz ölkəsinə yola salınıb.

Qeyd edək ki, qadın yanvar ayında dayə işləmək məqsədi ilə Bakıya dəvət edilib, daha sonra ona iş verməkdən imtina edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun