Türkiyənin Azərbaycana mebel ixracının həcmi açıqlandı

22 Fevral 2024 15:31

2024-cü ilin yanvar ayında Türkiyənin Azərbaycana mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 29,7 faiz azalaraq, 8,5 milyon dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel, kağız və meşə məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun