"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin güvəndiyi futbolçulardan biri də Markos Lyorentedir. İspaniyalı futbolçu "Real"ın yetirməsi olsa da, "kral klubu"nda möhkəmlənə bilməyib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "qalaktikos"un əzəli rəqibi olan "Atletiko"da işləri yaxşı gedir. İspan futbolçu karyerasındakı eniş-yoxuşlardan sonra toparlanmağı bacarıb.
La Liqanın son turunda "hindular" "Las Palmas"ı 5 cavabsız qolla məğlub edib. Bu qələbədə Markosun dublu böyük rol oynadyıb.
Futbolçunun əsas fanatı isə həyat yoldaşı Patrisiya Noarbedir. Bundan əlavə, o, həm də oyunçunun fitnes məşqçisidir. Paddy sağlam həyat, məşqlər və gözəlliyin sirrləri haqqında videolar çəkən bloggerdir.
İspaniya millisinin üzvü sevgilisinin təhsil almasına görə "Mançester Yunayted"dən gələn təklifi rədd edib. 2021-ci ildə isə universal futbolç "Atletiko"nun "Metopolitano" arenasında Noarbeyə evlilik təklif edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun