Bakıda narkotikə görə saxlanılan şəxs öldü

22 Fevral 2024 12:52

Bakının Nərimanov rayonunda narkotiklə bağlı saxlanılan şəxs ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, barəsində narkotik cinayətlərinə görə 3 aylıq həbs qətimkan tədbiri seçilən 36 yaşlı Ağalarov Azər Namiz oğluna məntəqədə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

O, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunub, bir müddət əvvəl azadlığa çıxıb. Onun narkotik alüdəçisi olduğu bildirilir.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun