Əhaliyə ciddi xəbərdarlıq: Martın 3-dən...

22 Fevral 2024 11:01

Meteoroloqlar xəbərdarlıq edir ki, mart ayında Yer kürəsini güclü geomaqnit qasırğası bürüyəcək. 

Milli.Az azxəbər-ə istinadla bildirir ki, Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Rentgen Günəş Astronomiyası Laboratoriyasının hesabatına görə, martın 3-dən etibarən Yer əhalisi Günəş radiasiyasının gücünü hiss etməyə başlayacaq.

Mütəxəssislər aydınlaşdırırlar ki, ilk dalğa kifayət qədər güclü olmayacaq, lakin beş ballıq fırtına martın 9-da təsirini göstərməyə başlayacaq və martın 12-dək davam edəcək.
2024-cü ildə 30-a qədər dalğalanma olacağı gözlənilir.

Günəş fırtınaları zamanı meteohəssas insanlar sağlamlıqlarına fikir verməlidirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun