İki alman turist Avstraliyanın Keyp-York yarımadasının səhrasında itkin düşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, gənclər Oyala Tumotanq Milli Parkına girəndə "Google Maps" onlara torpaq yolla getməyi tövsiyə edib. Onlar 50 və ya 60 kilometr keçə bilsə də, maşın bataqlığa düşüb. Onu çıxara bilməyiblər.
Nəticədə turistlər kürək çantalarını götürüb bir həftə ərzində vəhşi heyvanlar, o cümlədən timsahlar, ilanlar, hörümçəklər, vəhşi inəklər və donuzlarla meşələrdən keçərək yaşayış yerlərinə getməli olublar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun