Qalata qülləsi təmirə bağlanır - SƏBƏB

22 Fevral 2024 19:28

Türkiyənin məşhur Qalata qülləsi zəlzələyə qarşı gücləndirmə və çöl təmir işləri ilə əlaqədar fevralın 23-dən etibarən bir ay müddətinə ziyarətçilərin üzünə bağlı olacaq.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, qüllənin 8-ci mərtəbəsi 2023-cü ilin noyabr ayında dam örtüyünün təmiri ilə əlaqədar ziyarətçilərə bağlanıb.

Proses zamanı qüllənin son hissəsinin konservasiyası başa çatdırılıb və dünən yerinə qoyulub. Georadar tədqiqatları binanın əsas divarlarında və döşəməsində aparılıb.

Müəyyən edilmiş detallara uyğun olaraq qüllənin xarici görünüşü də təmir olunacaq.

Bərpa işləri zamanı qüllənin əsas divarlarındakı 400-ə yaxın köçəri quş yuvası zədələnməyəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun