"Braqa" ilə oyun öncəsi "Qarabağ"a şad xəbər

22 Fevral 2024 01:13

"Qarabağ" klubu "Braqa" ilə oyuna tam heyətlə çıxacaq.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, ötən matçı zədə səbəbindən buraxan bilməyən Kevin Medina bu gün baş tutacaq oyunda iştirak edə bilər.

Baş məşqçi Qurban Qurbanov bu barədə "Braqa"ya qarşı oyun öncəsi keçirilən mətbuat konfransında açıqlama verib. O, komandanın sağlamlıq durumu ilə bağlı suala belə cavab verib:

"Yox, hər şey qaydasındadır".

Qeyd edək ki, "Qarabağ" - "Braqa" matçı 22 fevral saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.