İsrail rəsmən Fələstini tanımaqdan imtina etdi

21 Fevral 2024 23:10

İsrail parlamenti (Knesset) Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Knesset Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib.

Sənədi 120 deputatdan parlamentin 99-u dəstəkləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun