Keçmiş baş nazir müsahibə üçün bir milyon istədi

22 Fevral 2024 00:38

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson müsahibə üçün amerikalı jurnalist Taker Karlsondan 1 milyon dollar istəyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə amerikalı jurnalist Taker Karlson özü danışıb.

O bildirib ki, müsahibə üçün sorğu göndərib, Consonun köməkçisi əvvəlcə müsahibədən imtina edib, lakin daha sonra ona maliyyə şərtləri təqdim edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun