Cəlilabadda parkdan gül dibçəkləri oğurlayan şəxslər saxlanılıb - FOTO

21 Fevral 2024 22:05

Cəlilabad rayonunda parklarından birindən naməlum şəxslər tərəfindən gül dibçəkləri oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, oğurluq anı müşahidə kamerasına düşüb.

Polis tərəfindən aparılan araşdırmalar nəticəsində dibçəkləri oğurlayan 2 nəfər saxlanılıb.

Həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlar hərəkətlərindən peşman olduqlarını bildiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun