Lotereya qalibi uduşunu tələb etmədiyi üçün milyonlar itirdi

21 Fevral 2024 21:00

ABŞ-də lotereya qalibi öz uduşu üçün müraciət etmədiyinə görə 36 milyon dollar itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Business Insider" yazıb.

Lotereya təşkilatçılarının sözlərinə görə, qalib əlaqə saxlamadığı üçün tirajın nəticələrini ləğv etməli olublar. Onlar bu hadisənin tarixdə ilk belə hal olduğunu bildiriblər. Bundan əlavə, milyonların sahibi ortaya çıxsa belə, ona həmin uduş verilməyəcək. Çünki qaydalar belədir.

Qeyd edək ki, uduşlu bilet 2023-cü ilin avqustunda Ceksonvil şəhərində alınıb. Bildirilib ki, cekpotun təxminən 80 faizi xeyriyyəçiliyə, qalanı isə digər mükafat fondları arasında bölüşdürüləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun