ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə müşaviri Azərbaycana gələcək

4 İyun 2012 11:48
ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə müşaviri Deniel Steyn Azərbaycanda 19-cu Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya - CASPIAN OIL & GAS 2012 Beynəlxalq sərgi və konfransının açılışına gələcək. Bu barədə Trend-ə ABŞ səfirliyindən bildiriblər.

19-cu Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya - CASPIAN OIL & GAS 2012 Beynəlxalq sərgi və konfransı iyunun 5-8-də keçiriləcək.

Sərginin yüksək statusunu Prezident İlham Əliyevin hər il təntənəli açılış mərasimində iştirakı möhkəmləndirir. Hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri təbrik məktubları göndəririlər. Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən "Caspian Oil and Gas" sərgisinə ənənəvi dəstək göstərilir. Bu il sərgidə dünyanın 25 ölkəsindən 300-dən artıq şirkətin iştirakı gözlənilir. Sərgidə ənənvi olaraq bir sıra ölkələrin milli stendləri iştirak edir. Xəzər hövzsində yeni yataqların kəşfi planında son nailiyyətlər sərginin inkişafına əlavə impuls verib ki, bu da 2012-ci il sərgisinin ümumi ekspozisiyasına müsbət təsir edir.

Milli.Az