Məşhur klarnet virtuozu Hüsnü Şənləndirici martın 31-də keçiriləcək bələdiyyə seçkiləri üçün AK Partiyadan namizəd olub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, o, yaşadığı Berqama rayonunda AK Partiyadan birinci məclis üzvü namizədi olaraq irəli sürülüb.
Qeyd edək ki, 2019-cu il bələdiyyə seçkilərində Berqamada seçkini qazanan AK Partiya parlamentdə 12 üzvlə təmsil olunur.
Belə ki, Hüsnü Şənləndirici martın 31-də seçiləcəyi təqdirdə Bələdiyyə Məclisi üzvü olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun