Niderlandın Loxem şəhəri yaxınlığında tikintisi davam edən körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.
"Körpünün tikintisi zamanı insident baş verib", - məlumatda qeyd edilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun