Azərbaycanlı şair vəfat etdi - FOTO

21 Fevral 2024 17:14

Azərbaycanlı şair Tapdıq Yalçın dünyasını dəyişib.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 65 yaşlı şairin bir müddət öncə ağır beyin əməliyyatı keçirdiyi bildirilir.

Qeyd edək ki, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Gürcüstanda yaşayıb-yaradıb. Şair doğulduğu Gürcüstanın Qardabani rayonun Qarayazı kəndində dəfn olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun