Azərbaycanda ağır qəza - ölən və xəsarət alan var

21 Fevral 2024 16:59

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin ölüb, sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun