17:49
Fevralın 18-də saat 08:44 radələrində 1991-ci il təvəllüdlü Ağdaş rayonu, Hapıtlı kənd sakini (qadın cinsli) Təcili yardım briqadası tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib.
Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ona 43-44 həftəlik hamiləlik, uşaqlığın cırılma təhlükəsi, ölü döl, intoksikasiya, kəskin qan itirmə diaqnozları qoyularaq Ginekologiya və doğum şöbəsinə yerləşdirilib. Vətəndaş saat 11:30 radələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşdan azad edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılmış reanimasyon tədbirlərə baxmayaraq, zahı qadının fevralın 21-də saat 10:13 radələrində bioloji ölümü qeydə alınıb.
--------
15:14
Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib.
Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun